"Neftçi" futbolçuları “Şamaxı” ilə matça hazırlaşır

Hazırda oxunan: "Neftçi" futbolçuları “Şamaxı” ilə matça hazırlaşır

68580

“Neftçi” Premyer Liqanın 22-ci turunda qarşılaşacağı “Şamaxı” ilə oyunun hazırlığını davam etdirir.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, “Zirə” ilə görüşün ertəsi bərpa məşqi edən “ağ-qaralar” birgünlük fasilədən sonra aprelin 6-da hazırlığa başlayıb.

Bu gün klubun bazasında keçirilən növbəti məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Flaqman sabah eyni məkanda oyunöncəsi son məşqini keçəndən sonra Şamaxıya yola düşəcək.
Qeyd edək ki, “Şamaxı” – “Neftçi” matçı aprelin 9-u saat 14:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO