FIDE turnirlərində iştirakdan imtina edən Rauf hesabını dondurdu – Anası əksini dedi 

FIDE turnirlərində iştirakdan imtina edən Rauf hesabını dondurdu – Anası əksini dedi 

Hazırda oxunan: FIDE turnirlərində iştirakdan imtina edən Rauf hesabını dondurdu – Anası əksini dedi 

68532

Şahmat üzrə Azərbaycan millisinin üzvü Rauf Məmmədovun “Facebook” hesabında açıqlama yayaraq FİDE-nin bayrağı altındakı bütün yarışlardan imtina etdiyi haqda xəbər vermişdik. 

Bizim.Media xəbər verir ki, həmin paylaşımdan bir neçə saat sonra qrossmeysterin feysbuk hesabı bloklanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan şahmatçısı FIDE turnirlərində iştirakdan imtina etdi – SƏBƏBİ BUDUR  


Şahmatçının anası, tanınmış hüquqşünas Lətifə Əliyeva isə Sport24.az saytı ilə əlaqə saxlayaraq Raufun millidəki çıxışını davam etdirəcəyini bildirib:  

"Oğlum Vətənini, bayrağımızı çox sevir. Bu səbəbdən o, çıxışını davam etdirəcək. İstər milli komandada, istərsə də fərdi yarışlarda yenə Azərbaycan bayrağını ucaltmağa davam edəcək". 

​​​​​​​Qeyd edək ki, Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO