"Keşlə"nin baş məşqçisi: Biz məğlub olmaq istəmirdik

Hazırda oxunan: "Keşlə"nin baş məşqçisi: Biz məğlub olmaq istəmirdik

67805

Qəbələ səfərinin çətin olacağını və rəqibin yaxşı formada olduğunu bilirdik.

Bizim.Media xəbər verir ki, bunu "Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.

Qırx iki yaşlı mütəxəssis matça yaxşı hazırlaşdıqlarını bildirib:

"Rəqib ilk "4-lük"dədir və sərgilədiyi oyun göz önündədir. Biz də məğlub olmaq istəmirdik. İlk hissədə görüşə nəzarət bizdə idi, hesabı da açdıq. Sadəcə olaraq, ikinci hissənin əvvəlində qolu tez buraxdıq. Qırmızı vərəqə epizoduna da baxmaq lazımdır.

"Qəbələ"nin oyununa kölgə salmaq istəmirəm. Xırda qayda pozuntularına görə aqressivləşdik. Sadəcə olaraq, qırmızı vərəqəyə soyuq başla baxmalıyıq. Bundan sonra meydanda 10 nəfərlə qaldıq. Qırx dəqiqə "Qəbələ"yə qarşı azlıqda oynamaq çox çətindir. Futbolçular əziyyət çəkdilər. Səfərdən 1 xalla qayıdırıq. Artıq növbəti oyunlara hazırlaşacağıq".

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib:

“Ümid edirəm ki, qarşıdakı görüşlərin vaxtını düzgün təyin edərlər. Birinci hissədə rəqib üstünlüyə sahib idi. İkinci hissədə oyunun tempini qaldıraraq qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik. Komandamın durumundan razıyam. İnanıram ki, zədəli və cəzalılar qoşulandan sonra optimal heyətə sahib olacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO