Rafiq Hüseynov üçqat Avropa çempionu oldu

Rafiq Hüseynov üçqat Avropa çempionu oldu

Hazırda oxunan: Rafiq Hüseynov üçqat Avropa çempionu oldu

67801

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 82 kq çəki dərəcəsində rəqib Gürcüstan təmsilçisi Gela Bolkvadze olub. 

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə qızıl medal qazanıb. 

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması aktivinə 8-ci medalı yazıb.

Qeyd edək ki, aprelin 2-də Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala yiyələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO