Sahil Babayev veteran boksçularla görüşdü - FOTO

Sahil Babayev veteran boksçularla görüşdü - FOTO

Hazırda oxunan: Sahil Babayev veteran boksçularla görüşdü - FOTO

67676

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev veteran boksçularla görüşüb.

ABFdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Olimpiya mükafatçıları, Avropa və dünya çempionatlarında ölkəmizin adını şərəflə qorumuş sabiq milli üzvləri iştirak ediblər.

Tədbirdə boksda yüksək nailiyyətlərin əldə olunması, kütləviliyin atılması üçün vacib olan addımlar, boksun ölkəmizdə daha da populyarlaşması və yığma komandaların beynəlxalq arenada uğurlu çıxış yolları müzakirə olunub. 

Həmçinin, Çempionlar və Veteranlar Komitəsinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Regionlarda boksun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımı tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO