Millimiz Avropa Liqasından pula görə imtina edib? – Federasiyadan suallara CAVAB 

Millimiz Avropa Liqasından pula görə imtina edib? – Federasiyadan suallara CAVAB 

Hazırda oxunan: Millimiz Avropa Liqasından pula görə imtina edib? – Federasiyadan suallara CAVAB 

67510

“Bildiyiniz kimi bu ilin may-iyun aylarında qadın voleybolçulardan ibarət millimizin Qızıl Avropa Liqasında,  kişilərdən ibarət komandamızın isə Gümüş Avropa Liqasında iştirakı nəzərdə tutulmuşdu. Artıq komandalarımızın rəqibləri və oyunların təqvimi də müəyyən edilmişdi.  

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov AVF-nin mətbuat xidmətinə milli komandaların Avropa Liqasından imtina etməsinin səbəblərini açıqlayərkən deyib. 

Azərbaycan Voleybol Federasiyası tərəfindən bir neçə gün əvvəl  Avropa Voleybol Konfederasiyasına (CEV) rəsmi formada milli komandalarımızın Avropa Liqasında iştirak etməyəcəkləri ilə bağlı müraciət edildi.

Bundan sonra komandalarımız CEV tərəfindən iştirakçı siyahısından çıxarıldı. Açığı yarışdan imtina etməzdən əvvəl müraciət zamanı təklif etdik ki, yarışı turnir formasında təşkil etsinlər (bilirsiniz ki, bir  neçə ildir ki, Avropa Liqası ev-səfər sistemi ilə keçirilir, əvvəl oyunlar turnir formasında təşkil olunurdu).  Amma bu təklifimizə rədd cavabı gəldi və bildirildi ki, reqlamentdə dəyişiklik edə bilməzlər.  

Fərid Xəlilov imtina səbəblərinə aydınlıq gətirib:

“Hazırda avropa ölkələrinə səfər edərkən hava yollarında bəzi çətinliklər yaranır, uçuşlar Türkiyə üzrərindən həyata keçirilir. Bu isə bəzən biletlərin alınmasında problemlər yaradır.  Həmçinin oyunlar arasında da çox az vaxt var. Düşünürəm ki, Avropa Liqası turnir şəklində təşkil olunsaydı bu iştirakçı komandalar üçün daha əlverişli olardı.  

CEV-in rəsmi saytında qadınlardan ibarət milli komandamız iştirakçı siyahısından çıxarıldıqdan sonra mətbuatda qeyd edildi ki, biz maliyyə problemlərinə görə yarışdan imtina etmişik.

Halhazırda federasiyada maliyyə ilə bağlı bir problemimiz  yoxdur. Yəni iştirak etməmək üçün digər səbəblərimiz var. Bunlardan biri haqqında bir az əvvəl danışdım. Digər səbəblərdən biri də, bu yarışın kommersiya xarakterli olmasıdır.  
Ən vacib səbəbimiz isə oyunçularımızla bağlıdır. Hər zaman çalışmışıq ki, oyunçularımız klub mövsümündən sonra zədələrini müalicə etsinlər və daha yaxşı formada milli komandanın məşqlərinə qatılsınlar”.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO