Mbappe atası ilə bağlı bu zarafata əsəbiləşdi - FOTO

Mbappe atası ilə bağlı bu zarafata əsəbiləşdi - FOTO

Hazırda oxunan: Mbappe atası ilə bağlı bu zarafata əsəbiləşdi - FOTO

67473

PSJ-nin və Fransa millisinin futbolçusu Kilian Mbappe "Winamax" mərc şirkətinə atası ilə zarafat etdikləri üçün əsəbiləşib. 

Bizim.Media xəbər verir ki, sözügedən şirkət Mbappenin Cənubi Afrika ilə yoldaşlıq oyununda dubl etməsindən sonra qolunda tatu olan və çılpaq ombasını göstərən bir azarkeşin fotosunu paylaşaraq şəkildə onun atasının olduğunu yazıb:

"Vilfid Mbappe oğlunun Cənubi Afrikaya qol vurmasından sonra". 

Mbappe bu zarafata əsəbiləşərək deyib: "Bu, onlayn qumar təhlükəsidir. Sözlərinizin çərçivəsi yoxdur. Xahiş edirəm, bir az hörmət göstərin". 
Qeyd edək ki, Fransa-Cənubi Afrika yoldaşlıq oyunu Fransanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO