Azərbaycan yığması Avropa çempionu oldu

Azərbaycan yığması Avropa çempionu oldu

Hazırda oxunan: Azərbaycan yığması Avropa çempionu oldu

67204

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Bizim.Media Güləş Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan milli komandası qitə birinciliyində tarixi uğura imza atıb.

Yarışa tam heyətlə yollanan yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.

Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Abubakr Abakarov (86 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Turan Bayramov (74 kq) isə bürünc medal qazanıb.
Yekunda 159 xal toplayan yığma komanda hesabında Avropa çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO