Ürəyi dayandığı stadiona kapitan kimi çıxacaq - VİDEO

Ürəyi dayandığı stadiona kapitan kimi çıxacaq - VİDEO

Hazırda oxunan: Ürəyi dayandığı stadiona kapitan kimi çıxacaq - VİDEO

66913

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Serbiya ilə yoxlama oyununda yığmanın kapitanı olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, qapıçı Kasper Şmeyxel kapitanlıq sarğısını Eriksenə  təhvil vermək istəyib.

Qeyd edək ki, sözügedən görüş bu gün Kopenhagendəki (Danimarka) "Parken" stadionunda keçiriləcək.

Məhz bu stadionun meydançasında Avro 2020-nin Finlandiya ilə oyununda Eriksenin ürəyi dayanmışdı. 15 dəqiqəlik tibbi müdaxilədən sonra onu həyata qaytarmaq mümkün olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO