Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 qızıl və 2 gümüş medal qazandı

Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 qızıl və 2 gümüş medal qazandı

Hazırda oxunan: Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 qızıl və 2 gümüş medal qazandı

66630

Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası 4 medal qazanıb.

Bizim.Media xəbər verir ki, millinin üzvləri 2 qızıl və 2 gümüş medala sahib olublar.

Komandamızın heyətində Məhərrəm İmamverdiyev (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İmamverdiyev kimi Ruslan Nəsirli (100 kq) də həlledici görüşdə uduzaraq, gümüş medalla kifayətlənib.

+100 kq çəkidə yarışan Hüseyn Məmmədov və Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək finalda bir-birilərilə qarşılaşıblar. Nəticədə Nəsibov qızıl, Məmmədov isə gümüş medala sahib olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO