Yunanıstanın paytaxtı Afina şəhərində gənclər arasında keçirilən Avropa kuboku turnirində cüdoçumuz Məhərrəm İmamverdiyev qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz finalda ukraynalı rəqibi Stanislav Korçemlyuku məğlub edərək qalib adına layiq görülüb.
Bundan başqa Ruslan Nəsirov (100 kq), Kənan Nəsibov və Hüseyn Məmmədov (hər ikisi +100 kq) finala yüksəlib.
Nəsibov və Məmmədov həlledici görüşdə bir-biri ilə üz-üzə gələcəklərindən, onlardan biri Azərbaycanın aktivinə növbəti qızıl medalı yazdıracaq. Vüqar Talıbov (90 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, ölkəmizi turnirdə gənc oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Elxan Məmmədov və gənc qızlardan ibarət yığma komandanın məşqçisi Vüqar Hüseynovun rəhbərliyi altında 20 cüdoçu təmsil edir.
Bu gün başa çatacaq yarışa dünyanın 27 ölkəsindən 300 idmançı qatılıb.
Bizim.Media