21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.
Bizim.Media-nın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Estoniyanı böyük hesabla məğlub edib - 3:0.
Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş A qrupunun oyununda ilk iki qolu Musa Qurbanlı vurub.
O, 44-cü və 66-cı dəqiqələrdə fərqlənib. Matçda son nöqtəni isə 88-ci dəqiqədə Abdulla Xaybulayev qoyub.
Bununla da Azərbaycan yığması 7 oyundan sonra xalını 4-ə çatdırıb və 5-ci pillədə möhkəmlənib. 8 matçdan sonra sonuncu - 6-cı sırada olan Estoniyanın xalı yoxdur.
Bizim.Media
![Qurban Qurbanovun oğlundan dubl, millimizdən ilk qələbə Qurban Qurbanovun oğlundan dubl, millimizdən ilk qələbə](https://bizim.media/file/articles/2022/03/25/1648227354_103780a8-0e15-43be-a995-cd7317d0b48f.jpg)
- A-
- A
- A+
İdman
20:53 / 25.03.2022
Qurban Qurbanovun oğlundan dubl, millimizdən ilk qələbə
Hazırda oxunan: Qurban Qurbanovun oğlundan dubl, millimizdən ilk qələbə
Hazırda oxunan: Qurban Qurbanovun oğlundan dubl, millimizdən ilk qələbə
66444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.