Millimizin qapıçısı Rusiya təmsilçisi ilə anlaşdı

Millimizin qapıçısı Rusiya təmsilçisi ilə anlaşdı

Hazırda oxunan: Millimizin qapıçısı Rusiya təmsilçisi ilə anlaşdı

66386

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək. 

Bizim.Media Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı qolkiper hazırda yerli çempionatın lideri olan “Torpedo” ilə anlaşıb. 

Martın 27-də yeni klubuna qoşulacaq Hüseynli qarşıdakı 2 ay müddətində bu komandanın formasını geyinəcək. 

Yığma üzvü 2020-ci ildə bu klubdan təklif aldığını və danışıqların olduğunu söyləyib:

"Sadəcə, koronavirusa görə əksər çempionatlar dayandırıldı. Buna görə də danışıqlara ara verdik. Təxminən bir həftə əvvəl Nijni Novqorod təmsilçisinin rəsmiləri yenidən mənimlə əlaqə yaratdılar və komandaya dəvət etdilər. Əlbəttə, “Araz-Naxçıvan”la müqaviləm davam etdiyinə görə, əvvəlcə klub rəhbərliyinin razılığını almalı idim. Onlar da qarşıda klubu pley-off mərhələsinin oyunları gözləməsinə rəğmən, keçidim üçün “yaşıl işıq" yandırdılar". 

Hüseynli başqa klublardan da təkliflərinin olduğunu gizlətməyib:

"Bu mövsüm Fransanın iki klubundan təklif almışdım. İlk təklif yaya təsadüf etdi. Həmin vaxt komanda UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunlarına yollanmağa hazırlaşırdı. Səfərə çıxmağımıza az vaxt qalmışdı. Komandanın qarşısına isə mərhələ adlamaq, əsas raundda iştirak etmək tapşırığı qoyulmuşdu. Ona görə “Araz-Naxçıvan”dan ayrıla bilmədim. Qış fasiləsində gələn dəvət isə sərfəli deyildi". 

Təcrübəli oyunçu ilk dəfə legioner həyatı yaşayacağını sözlərinə əlavə edib:

"Bunun həyəcanını indidən yaşayıram. Darıxmayacağam, çünki peşəkar idmançıyam, öz qərarımın ardınca gedirəm. Çalışacağam karyeramda açılan yeni səhifə uğurlu alınsın, Bakıya Rusiya çempionu kimi dönmək istəyirəm". 

Rövşən Hüseynli öz sosial şəbəkə hesabından Rusiya təmsilçisinə keçidi ilə bağlı yazdığı statusda “Araz-Naxçıvan”a təşəkkürlərini çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO