DÇ-2022: Türkiyə futbolçuları Portuqaliya millisi ilə üz-üzə gələcək

DÇ-2022: Türkiyə futbolçuları Portuqaliya millisi ilə üz-üzə gələcək

Hazırda oxunan: DÇ-2022: Türkiyə futbolçuları Portuqaliya millisi ilə üz-üzə gələcək

66226

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, əvvəlcədən planlaşdırılan altı qarşılaşmadan dördü baş tutacaq.

A yolunda Polşa ilə qarşılaşmalı olan Rusiya millisi Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

Bu səbəbdən Valeri Karpinin başçılıq etdiyi komandaya texniki məğlubiyyət verilib. Polşa yığması isə birbaşa finala vəsiqə qazanıb. Bu kolektivin həlledici görüşdəki rəqibi İsveç - Çexiya matçının qalibi olacaq.

B yolunda Şotlandiya - Ukrayna görüşü eyni səbəbdən iyun ayına təxirə salınıb. Bu qrupun yeganə matçında Uels seçməsi evdə Avstriyanı sınağa çəkəcək.

C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olacaq. "Draqau" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Digər qarşılaşmada isə İtaliya və Şimali Makedoniya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

DÇ-2022, pley-off mərhələsi

Yarımfinal

24 mart

A yolu

23:45. Uels - Avstriya

B yolu

23:45. İsveç - Çexiya

C yolu

23:45. İtaliya - Şimali Makedoniya

23:45. Portuqaliya - Türkiyə

Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO