Azərbaycanda ilin ən yaxşı futbol komandası müəyyənləşib

Azərbaycanda ilin ən yaxşı futbol komandası müəyyənləşib

Hazırda oxunan: Azərbaycanda ilin ən yaxşı futbol komandası müəyyənləşib

6611

Azərbaycan Premyer Liqasında 2020-ci il başa çatıb. 

Bizim.Media xəbər verir ki, il ərzində 2019/20 mövsümünün 6, 2020/21 mövsümünün 13 turu keçirilib. 

19 turda ümumilikdə 75 oyun baş tutub. Keçirilən matçlarda 196 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub. Meydan sahibləri 27, qonaqlar 26 qələbə qazanıbsa, 22 görüşdə heç-heçə qeydə alınıb.

2020-ci ilin ən yaxşı komandası “Qarabağ”dır. Bir oyun az keçirən Ağdam klubu il ərzində daha çox – 37 xal toplayıb. Qurban Qurbanovun yetirmələri cəmi 1 dəfə uduzduğu ildə hamıdan çox qol vurub, ən az top buraxıb. Eyni sayda – 10 qələbəsi olan “Neftçi” 36 xal yığıb. 3-cü sırada qərarlaşan “Zirə” “ağ-qaralar”dan 10 xal geridədir. (Apasport.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO