Boks üzrə millimiz Avropa çempionatında rekordunu təkrarladı

Boks üzrə millimiz Avropa çempionatında rekordunu təkrarladı

Hazırda oxunan: Boks üzrə millimiz Avropa çempionatında rekordunu təkrarladı

65777

Azərbaycan milli komandası 22 yaşadək boksçular arasında Avropa çempionatında medal sayında rekordunu təkrarlayıb.

Bizim.Media xəbər verir ki, yığmamız bu nailiyyətə Xorvatiyanın Poreç şəhərində davam edən qitə birinciliyində imza atıb.

Belə ki, boksçularımızdan Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) yarımfinala yüksəlməklə, özləri üçün ən azı 4 bürünc medalı rəsmiləşdiriblər. Növbəti görüşlərdə medalların əyarı dəqiqləşəcək.

İndiyədək millimiz yalnız 2012-ci ildə Rusiyada keçirilən U-22-lər arasında Avropa çempionatında 4 mükafata sahib olub.

Yığma üzvlərindən Elvin İsayev (60 kq) qızıl, Salman Əlizadə (52 kq) gümüş, Cavid Çələbiyev (56 kq) və Heybətulla Hacıəliyev (64 kq) bürünc medal qazanıblar.

Bu gün yarımfinal döyüşlərinə çıxacaq boksçularımız yeni rekord da müəyyənləşdirə bilərlər. Bunun üçün onlardan ən azı 3-nün finala yüksəlməsi kifayət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO