İlin və əsrin futbolçuları məlum oldu

İlin və əsrin futbolçuları məlum oldu

Hazırda oxunan: İlin və əsrin futbolçuları məlum oldu

6576

"Globe Soccer Awards” mükafatının sahibləri açıqlanıb.

Bizim.Media bildirir ki, təşkilatçılar həm 2020-ci ilin, həm də XXI əsrin ən yaxşılarını müəyyənləşdirib.

Robert Levandovski (Polşa, “Bavariya”) ilin, Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”) əsrin futbolçusu seçilib.

Hans Diter Flik (Almaniya, “Bavariya”) ilin, Pep Qvardiola (İspaniya, Mançester Siti”) əsrin məşqçisi adını qazanıb.

“Bavariya” ilin, “Real” əsrin klubu nominasiyasında qalib gəlib.

Jorje Mendeş isə əsrin agenti seçilib. Kriştiano Ronaldo, Joze Mourinyo, Devid de Xea kimi məşhurlarla çalışdan portuqaliyalı son 10 ildə 9 dəfə ilin agenti adına yiyələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO