"Sabah" "Səbail"i minimal hesabla məğlub etdi - VİDEO

Hazırda oxunan: "Sabah" "Səbail"i minimal hesabla məğlub etdi - VİDEO

65679

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib. 

Bizim.Media-nın məlumatına görə, günün ilk matçında "Sabah" "Səbail"i qəbul edib. 

“Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın yeganə qolunu 61-ci dəqiqədə Kristian Sebalyos vurub. 

Bu nəticədən sonra xallarının sayını 26-a çatdıran "Sabah" 5-ci pillədə qərarlaşıb. Sonuncu - 8-ci yerdəki "dənizçilər"in 11 xalı var. 

Qeyd edək ki, günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək. Turun ilk oyun günündə "Keşlə" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Qəbələ"yə qalib gəlib - 4:0. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO