Azərbaycan çempionatında həlledici oyun - “Qarabağ” növbəti matçına çıxır

Azərbaycan çempionatında həlledici oyun - “Qarabağ” növbəti matçına çıxır

Hazırda oxunan: Azərbaycan çempionatında həlledici oyun - “Qarabağ” növbəti matçına çıxır

65582

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

Bizim.Media-nın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında 23 xalla 5-ci pillədə qərarlaşan "Sabah" 11 xalla autsayder olan "Səbail"i qəbul edəcək. "Bank Respublika Arena"dakı görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Oyun saat 16:45-də start götürəcək.

Tura "Zirə" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Rəqibindən 1 oyun az keçirən "köhlən atlar" hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 35 xalı olan "Zirə" isə 3-cü sırada yer alıb.

Zirə İdman Kompleksinin stadionundakı matçı Rauf Cabarov idarə edəcək. Görüşün start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO