Avropa Liqası: “Barselona” Almaniya klubu ilə qarşılaşacaq

Avropa Liqası: “Barselona” Almaniya klubu ilə qarşılaşacaq

Hazırda oxunan: Avropa Liqası: “Barselona” Almaniya klubu ilə qarşılaşacaq

65521

Avropa Liqasında 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb. 

Bizim.Media-nın məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində keçirilib. 

Qitənin ikinci dərəcəli klub turnirinin mövsümdəki son püşkatmasında öncə 1/4 final cütləri müəyyənləşib. 1/8 final səddini adlayanlar 4 cütlük təşkil edib. 1/4 final matçları aprelin 7-də və 14-də təşkil olunacaq. 
Ardınca yarımfinalın mümkün cütləri müəyyənləşib. İspaniyanın Sevilya şəhərindəki finalın nominal meydan sahibi də bəlli olub.  

Avropa Liqası 

1/4 final 

1. “Leypsiq” (Almaniya) - “Atalanta” (İtaliya) 

2. “Ayntraxt” (Almaniya) - “Barselona” (İspaniya) 

3. “Vest Hem” (İngiltərə) - “Lion” (Fransa) 

4. “Braqa” (Portuqaliya) - “Reyncers” (Şotlandiya) 

Qeyd edək ki, yarımfinal aprelin 28-də və mayın 5-də, final mayın 18-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO