Çempionlar Liqasında püşkatma HƏYƏCANI - 1/4 final və yarımfinal cütləri müəyyənləşir

Çempionlar Liqasında püşkatma HƏYƏCANI - 1/4 final və yarımfinal cütləri müəyyənləşir

Hazırda oxunan: Çempionlar Liqasında püşkatma HƏYƏCANI - 1/4 final və yarımfinal cütləri müəyyənləşir

65409

Bu gün UEFA Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.

Bizim.Media-nın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

1/4 finalda İspaniyanın "Atletiko" (Madrid), "Real Madrid", "Vilyarreal", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi", həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları iştirak edəcək.

Bu, Avropanın ən nüfuzlu klub turnirində son püşkatma olacaq.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları 3-4 mayda olacaq. Final mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO