Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Ağatahir Əzimovun başçılıq etdiyi komanda 7-ci qrupda Xorvatiyanın müvafiq yaş qrupu üzrə yığması ilə qarşılaşıb.
Xorvatiyanın Karlovats şəhərində keçirilən görüş meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu 25-ci dəqiqədə Nazim Rəhimov vurub.
Millimizin qrupdakı ikinci oyunu Latviyaya qarşı olacaq. Martın 18-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:26 / 17.03.2022
Millimiz ilk oyunda böyük hesabla məğlub oldu
Hazırda oxunan: Millimiz ilk oyunda böyük hesabla məğlub oldu
Hazırda oxunan: Millimiz ilk oyunda böyük hesabla məğlub oldu
65398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.