Avropa Liqasında 1/8 final HƏYƏCANI:

Avropa Liqasında 1/8 final HƏYƏCANI: "Qalatasaray" "Barselona"nı qəbul edir

Hazırda oxunan: Avropa Liqasında 1/8 final HƏYƏCANI: "Qalatasaray" "Barselona"nı qəbul edir

65223

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, cavab mərhələsinin bütün oyunları eyni gündə gerçəkləşəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniya "Barselona"sını qəbul edəcək. İspaniyadakı ilk görüşdə qapılara qol vurulmayıb.

Turnirin 6 qat qalibi "Sevilya" "Vest Hem"in qonağı olacaq. İlk matçda Əndəlüs təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası, səkkizdəbir final mərhələsi cavab oyunları

17 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya)

İlk oyun - 0:0.

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya)

İlk oyun - 2:3.

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:2.

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 0:3.

00:00. "Vest Hem" (İngiltərə) - "Sevilya" (İspaniya)

İlk oyun - 0:1.

00:00. "Ayntraxt" (Almaniya) - "Betis" (İspaniya)

İlk oyun - 2:1.

00:00. Lion (Fransa) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:0.

Qeyd edək ki, ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i dörddəbir finala birbaşa vəsiqə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO