Fərid Qayıbov MİTRİ-nin fəaliyyəti ilə tanış oldu

Fərid Qayıbov MİTRİ-nin fəaliyyəti ilə tanış oldu

Hazırda oxunan: Fərid Qayıbov MİTRİ-nin fəaliyyəti ilə tanış oldu

65214

Gənclər və idman naziri Fərid Qayıbov Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun (MİTRİ) fəaliyyəti ilə maraqlanıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, İnstitutun İdarə Heyətinin sədri Səbinə Xəlilova nazirə burada yaradılmış şəraitlə bağlı məlumat verib.

MİTRİ-dəki mövcud müasir avadanlıq və aparılan müayinə, müalicə metodikaları ilə tanışlıq olub. Qeyd olunub ki, İzokinetik laboratoriya, Erqospirometriya testi, Optik biomexanika, Vakusport, Alter G, 3D analiz və digər xidmətlər ən yüksək səviyyədə müasir tibbi tələblərə uyğun aparılır.

Qeyd edək ki, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu federasiyalar və digər idman təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır.

Burada tibbi-bərpa proseslərinə cəlb edilən idmançıların müayinə və müalicəsi ilə müasir tibbi bacarıqlara malik təcrübəli həkimlər məşğul olurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO