\

\"Barselona\"nın stadionunun adının dəyişdiriləcəyi təsdiqləndi

Hazırda oxunan: \"Barselona\"nın stadionunun adının dəyişdiriləcəyi təsdiqləndi

65121

“Barselona”nın stadionu “Nou Kamp”ın adının dəyişdiriləcəyi təsdiqlənib.

Bizim.Media xəbər verir ki, klubun mətbuat xidməti “Spotify” şirkəti ilə sponsorluq müqaviləsindən sonra arenanın adının dəyişdiriləcəyini açıqlayıb.

La Liqa təmsilçisi “Spotify” ilə dördillik müqavilə imzalayıb və bu, 2022/2023-cü il mövsümündən qüvvədə olacaq.

Brendin adı kişi və qadın komandalarının formalarında yerləşdiriləcək. Anlaşmaya əsasən, növbəti mövsümdən stadion "Spotify Nou Kamp” adlandırılacaq. Bununla “Barselona” tarixində ilk dəfə arenasının adını dəyişəcək.
Qeyd edək ki, 1957-ci ildə tikilən “Nou Kamp” 99 min 354 tamaşaçı tutumuna malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO