Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, "Neftçi" klubu "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Görüşdə hesabı 17-ci dəqiqədə Emin Mahmudov açıb. "Gənclik şəhəri" təmsilçisi 24-cü dəqiqədə Rəhim Sadıxovun qolu ilə hesabı bərabərləşdirib.
Oyunda son nöqtəni də Emin Mahmudov qoyub. Matçın 82-ci dəqiqəsində penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi komandasına qələbə qazandırıb.
Qarşılaşmanın 84-cü dəqiqəsində qonaqların heyətində R.Sadıxov zədələnərək meydanı tərk edib.
Bu nəticədən sonra xallarını 34-ə çatdıran "ağ-qaralar" 3-cü pilləyə yüksəlib. "Sumqayıt" isə 13 xalla yeddincidir.
Qeyd edək ki, ilk oyun günündə "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" isə "Sabah"a 1:0 hesabı ilə qalib gəlib.
Bu gün keçirilməli olan "Qəbələ" - "Zirə" matçı isə güclü qar səbəbindən 65-ci dəqiqədə dayandırılıb. Martın 14-nə təxirə salınan qarşılaşma saat 12:30-da qaldığı dəqiqədən davam etdiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:08 / 13.03.2022
Azərbaycan Premyer Liqası: “Neftçi” öz meydanında qələbə qazandı
Hazırda oxunan: Azərbaycan Premyer Liqası: “Neftçi” öz meydanında qələbə qazandı
Hazırda oxunan: Azərbaycan Premyer Liqası: “Neftçi” öz meydanında qələbə qazandı
64586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.