PSJ azarkeşləri Messi və Neymarı fitə basdılar - FOTO

PSJ azarkeşləri Messi və Neymarı fitə basdılar - FOTO

Hazırda oxunan: PSJ azarkeşləri Messi və Neymarı fitə basdılar - FOTO

64566

Fransa çempionatının 28-ci turunun ev matçı başlamazdan əvvəl PSJ azarkeşləri komandanın futbolçularını fitə basıblar.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Adrian Qrinye “Twitter” səhifəsində məlumat verib.

Hücumçular Lionel Messi və Neymarın daha fəal şəkildə fitə basıldığı bildirilib. Həmin futbolçuların matç zamanı topa hər toxunuşu oxşar reaksiya doğurub. PSJ azarkeşlərindən alqış alan yeganə futbolçu isə hücumçu Kilian Mbappe olub.

Qeyd edək ki, Messi bu mövsüm PSJ-nin heyətində 18 liqa oyununda iştirak edib. Onun iki qolu və on məhsuldar ötürməsi var. Neymar 14 görüşdə 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Mbappe isə 25 oyunda 15 qol vurub və komanda yoldaşlarına 15 dəfə assistentlik edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO