Avropa çempionatı: 3 qadın güləşçimiz yarımfinala yüksəldi

Avropa çempionatı: 3 qadın güləşçimiz yarımfinala yüksəldi

Hazırda oxunan: Avropa çempionatı: 3 qadın güləşçimiz yarımfinala yüksəldi

63876

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, üçüncü yarış günündə qadınlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.

Şəhanə Nəzərova (50 kq) dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 13:2. Həmyerlimiz yarımfinalda macarıstanlı Şimonetta Şekerlə qarşılaşacaq.

Milli komandamızın üzvü Elnurə Məmmədova (55 kq) dörddəbir finalda slovakiyalı Mariya Martinçuku məğlub etməkdə çətinlik çəkməyib - 10:3. Güləşçimiz yarımfinalda moldovalı Mixaela Samoillə üz-üzə gələcək.

Nigar Mirzəzadə (68 kq) dörddəbir finalda slovakiyalı Olqa Maslovskanı üstələyib - 4:1.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO