"Qarabağ" "Qəbələ"ni böyük hesabla məğlub etdi

Hazırda oxunan: "Qarabağ" "Qəbələ"ni böyük hesabla məğlub etdi

63471

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, "Azersun Arena"da "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:1.

Matçın əvvəlində qonaqlar ciddi itki ilə üzləşib. Omar Hani epizodların birində ayağından aldığı zərbə üzündən 10-cu dəqiqədə yerini Ülvi İsgəndərova verməli olub.

Bundan 8 dəqiqə sonra isə "Qarabağ" hesabı açıb. Braziliyalı yarımmüdafiəçi Kadi Borges cərimə zərbəsindən topu birbaşa rəqib qapısına göndərib.

"Qəbələ" bərabərlik qolunu 40-cı dəqiqədə vurub. Kevin Medina İsnik Alimini yerə yıxdığı üçün Məsiyev "Qarabağ"ın qapısına penalti təyin edib. Alimi bu fürsətdən lazımınca yararlanmağı bacarıb - 1:1. İlk hissə bu hesabla başa çatıb.

Meydan sahibləri ikinci hissədə aşkar üstünlük əldə ediblər. 50-ci dəqiqədə əks-hücum nəticəsində qonaq komandanın müdafiəçisi Murad Musayev və qapıçı Nicat Mehbalıyevin kobud səhvlərindən yararlanan İbrahima Vadji Premyer Liqada 5-ci qolunu vurub.

65-ci dəqiqədə isə künc zərbəsindən sonra Medina fərqi artırıb. Bundan 3 dəqiqə sonra Filip Ozobiç komandasının 4-cü, özünün isə çempionatda 8-ci qolunu vurub.

Matçda son nöqtəni isə 89-cu dəqiqədə Abdullah Zubir qoyub. O, Premyer Liqada 7-ci qolunu vurub.

Beləliklə, xallarını 40-a çatdıran "Qarabağ" ilk pillədə möhkəmlənib. Qurban Qurbanovun baş məşqçi olduğu komandanın ehtiyatda "Sumqayıt"la təxirə salınmış oyunu da var. "Qəbələ" isə 32 xalla 3-cü yerdə gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO