Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə VELOYÜRÜŞ keçirildi – FOTO

Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə VELOYÜRÜŞ keçirildi – FOTO

Hazırda oxunan: Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə VELOYÜRÜŞ keçirildi – FOTO

63469

Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib.

Bizim.Media federasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, müxtəlif sferalarda çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir.

Veloyürüş zamanı xanımlar Azneft dairəsi - Dövlət Bayrağı Meydanı – Azneft Meydanı marşrutu üzrə hərəkət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO