Millimizin oyunlarının təqvimi dəyişdirildi - Belarusa görə 

Millimizin oyunlarının təqvimi dəyişdirildi - Belarusa görə 

Hazırda oxunan: Millimizin oyunlarının təqvimi dəyişdirildi - Belarusa görə 

63236

19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib. 

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməyəcək. 

Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə uğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq. 

Milli komanda ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün

Latviyadan olan həmyaşıdlarına qarşı keçirəcək. Hər ki, görüş Karlovats şəhərindəki "Mladost Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO