"Neftçi" azarkeşlərinə görə cərimələndi 

Hazırda oxunan: "Neftçi" azarkeşlərinə görə cərimələndi 

63153

AFFA İntizam Komitəsi "Neftçi" klubunu azarkeşlərinə görə 1600 manat məbləğində cərimələyib. 

Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların səfərdə "Sabah" komandasına qarşı Premyer Liqanın XVII tur oyununda meydana yad əşyalar atmaları səbəb olub. 

Bundan başqa "ağ-qaralar" 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə olaraq 800 manat ödəyəcək. Analoji cəriməyə "Səbail" klubu 4 futbolçusu "Zirə" ilə görüşdə sarı vərəqə gördüyü üçün məruz qalıb. 
Qeyd edək ki, "Neftçi" "Sabah"ı, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə yenib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO