Belarus - Azərbaycan oyunu neytral ölkədə keçiriləcək

Belarus - Azərbaycan oyunu neytral ölkədə keçiriləcək

Hazırda oxunan: Belarus - Azərbaycan oyunu neytral ölkədə keçiriləcək

63004

Belarus və Azərbaycan yığmaları arasında UEFA Millətlər Liqasının qrup oyununun yeri dəyişdirilib.

Bizim.Media-nın məlumatına görə, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar verib.

Qərara əsasən, Belarus yığmaları və klubları ev oyunlarını neytral ölkədə keçirəcəklər və həmin qarşılaşamalara azarkeş buraxılmayacaq.

Qərar dərhal qüvvəyə minib. UEFA İcraiyyə Komitəsi ehtiyac yaranarsa, hazırkı durumu yenidən qiymətləndirmək və zəruri hallarda əlavə qərarlar qəbul etmək üçün müntəzəm olaraq növbədənkənar iclaslar keçirəcək.

Qeyd edək ki, iyunun 6-da keçiriləcək Belarus - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Belarus yığması iyunun 10-da Qazaxıstan/Moldova cütünün qalibini, sentyabrın 25-də isə Slovakiyanı qəbul edəcək. 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO