AFFA rəsmisi:

AFFA rəsmisi: "Gəncə şəhər stadionu yenisi ilə əvəzlənəcək"

Hazırda oxunan: AFFA rəsmisi: "Gəncə şəhər stadionu yenisi ilə əvəzlənəcək"

62646

"“Kəpəz” peşəkar futbol komandası üçün təlim-məşq mərkəzi və futbol akademiyasının inşasına başlanılıb. İşlər yaxın bir il ərzində yekunlaşacaq”.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu açıqlamanı Gəncədə səfərdə olan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov verib. 

O, tikintisi davam edən futbol akademiyasında görülən işlərlə tanış olub.
 

MÖVZU İLƏ BAĞLI:

AFFA-da Reqbi Federasiyasının rəhbərliyi ilə görüş keçirildi - FOTO


E.Məmmədov qeyd edib ki, Akademiyanın ərazisində təbii ot örtüklü meydan, iki süni örtüklü meydança, inzibati bina, o cümlədən yataqxananın tikintisi reallaşacaq. Eyni zamanda kənardan gələn futbolçuların qidalanması üçün yeməkxana, həmçinin məşğələlər üçün dərs otaqları və konfrans zalı da olacaq. 

AFFA rəsmisi Gəncə şəhər stadionunun təmiri məsələsinə də toxunub:

"Gəncə şəhər stadionu ilə bağlı AFFA tərəfindən qərar qəbul olunub. Həmin məkanda mərhələli şəkildə yeni stadion inşa etməyi planlaşdırırıq. Bununla bağlı rəsmi qaydada Gənclər və İdman Nazirliyinə müvafiq müraciət etdik. Çünki, həmin infrastruktur Gənclər və İdman Nazirliyinin balansındadır. Hazırda danışıqlar davam edir və rəsmi icazələrini gözləyirik.

İcazə daxil olan kimi, müvafiq hazırlıq işləri ilə bağlı ictimaiyyətə məlumat verəcəyik. Gənclər və İdman Nazirliyi də hüquqi prosedurlara uyğun hərəkət edir. Yəqin ki, bununla bağlı yaxın gələcəkdə bizə rəsmi cavab gələcək"- deyə Elxan Məmmədov bildirib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO