Fərid Qayıbov Olimpiya İdman Komplekslərinin direktorları ilə görüşdü - FOTO 

Fərid Qayıbov Olimpiya İdman Komplekslərinin direktorları ilə görüşdü - FOTO 

Hazırda oxunan: Fərid Qayıbov Olimpiya İdman Komplekslərinin direktorları ilə görüşdü - FOTO 

62567

Gənclər və idman naziri Fərid Qayıbov Olimpiya İdman Komplekslərinin direktorları ilə görüşüb. 

Nazirliyin Mətbuat Xidmətində Bizim.Media-ya verilən məlumata görə, görüşdə komplekslərin qarşılaşdıqları çətinliklərin həlli yolları və onların fəaliyyətlərinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. 

Olimpiya İdman Kompleksləri uşaq-gənclər idman məktəbləri və yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti sayəsində idmanda kütləviliyin artırılmasında görülən işlər, inkişaf etdirilən idman növlərinin sayının artırılması da müzakirə olunub.

Bu baxımdan ilin bütün fəsillərində komplekslərin fasiləsiz və səmərəli işini təmin etməyin vacibliyi də vurğulanıb. 

Olimpiya İdman Komplekslərinin idarə olunmasında yeni yanaşmaya ehtiyac olduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, bu qurğuların səmərəli fəaliyyətini təmin etmək nazirliyin əsas məqsədlərindən biridir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO