UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Bizim.Media-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə "Qalatasaray"ının da rəqibi müəyyənləşib.
İstanbul təmsilçisi bu raundda İspaniyanın "Barselona" klubu ilə qarşılaşacaq. "Sarı-qırmızılar" cavab görüşünü evdə keçirəcək.
Avropa Liqası
1/8 final mərhələsi
"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)
"Braqa" (Portuqaliya) - "Monako" (Fransa)
"Portu" (Portuqaliya) - "Lion" (Fransa)
"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)
"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)
"Leyptsiq" (Almaniya) - "Spartak" (Moskva, Rusiya)
"Betis" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)
Qeyd edək ki, ilk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.
*** 09:11
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Püşk nəticəsində 8 cütlüyün tərkibi səpələnmişlər və səpələnməmişlər səbətlərindən seçilərək müəyyənləşdiriləcək. Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" qrup qaliblərindən ibarət səpələnmişlər sırasındadır.
Səpələnməmişlər səbətində isə pley-off mərhələsinin qalibləri yer alıb. Eyni ölkənin komandaları bir-birilərinə rəqib ola bilməyəcəklər.
Səpələnmişlər: "Srvena Zvezda" (Serbiya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Qalatasaray" (Türkiyə), "Bayer" (Leverkuzen, Almaniya), "Lion" (Fransa), "Monako" (Fransa), "Spartak" (Moskva, Rusiya), "Vest Hem" (İngiltərə)
Səpələnməmişlər: "Atalanta" (İtaliya), "Leyptsiq" (Almaniya), "Portu" (Portuqaliya), "Sevilya" (İspaniya), "Barselona" (İspaniya), "Betis" (İspaniya), "Reyncers" (Şotlandiya), "Braqa" (Portuqaliya)
Qeyd edək ki, ilk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.
Bizim.Media