Azərbaycan futbolunda YENİ REKORD

Azərbaycan futbolunda YENİ REKORD

Hazırda oxunan: Azərbaycan futbolunda YENİ REKORD

61785

Maksim Medvedev Azərbaycan futbol tarixinə düşüb.

Bizim.Media-nın məlumatına görə, 33 yaşlı müdafiəçi avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusu adına yiyələnib.

Maksim şərəfini qoruduğu “Qarabağ”ın “Marsel”lə Konfrans Liqasındakı matçında rekordunu rəsmiləşdirib. Az öncə başlayan görüş onun qitə miqyaslı turnirlərdə 114-cü oyunu olub.

Avrokuboklarda 2009-cu ildə debüt edən Medvedev bununla da Rəşad Sadıqova məxsus rekordu arxada qoyub. “Neftçi”, “Kayserispor” və “Qarabağ”la qitə səhnəsinə çıxan sabiq “14 nömrə”nin hesabında 113 matç var.
Yalnız “Qarabağ”ın formasını geyinən Maksim Çempionlar Liqasında 35, Avropa Liqasında 66, Konfrans Liqasında 13 oyunda forma geyinib. Onun aktivində 3 qol var.

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” – “Marsel” matçı saat 21:45-də başlayıb. (Apasport)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO