“Qarabağ” və “Marsel” oyunu öncəsi SON VƏZİYYƏT: “İtkilərimiz var”- Klub sözçüsündən AÇIQLAMA

“Qarabağ” və “Marsel” oyunu öncəsi SON VƏZİYYƏT: “İtkilərimiz var”- Klub sözçüsündən AÇIQLAMA

Hazırda oxunan: “Qarabağ” və “Marsel” oyunu öncəsi SON VƏZİYYƏT: “İtkilərimiz var”- Klub sözçüsündən AÇIQLAMA

61658

“Komandamız oyuna tam hazırdır. Əvvəldən də bildirdiyimiz kimi 2 zədəli oyunçumuz var. Həmin oyunçular Şahruddin Məhəmmədəliyevlə Xayme Romeodur”.

Bu sözləri “Qarabağ” futbol klubunun sözçüsü Gündüz Ağayev Bizim.Media-ya verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda oyuna gərgin hazırlıq işləri gedir:
 

MÖVZU İLƏ BAĞLI:

Konfrans Liqası: "Qarabağ" "Marsel"lə cavab oyununa çıxır


“Hər kəs sıradadır və oyunun başlamağını böyük səbrsizliklə gözləyirlər. Biletlər də tükənmək üzərədir. Həmçinin Fransadan ölkəmizə oyunu izləmək üçün 180 azarkeş gələcək. Onların da təhlükəsizliyi tamamilə təmin olunub. Sizin vasitənizlə də bütün azarkeşlərə təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, bu gün “Qarabağ” və Fransanın “Marsel” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsi keçiriləcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq. Xatırladaq ki, Fransada keçirilən ilk oyunda  “Qarabağ” 1:3 hesabı ilə uduzub.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO