Konfrans Liqası:

Konfrans Liqası: "Qarabağ" "Marsel"lə cavab oyununa çıxır

Hazırda oxunan: Konfrans Liqası: "Qarabağ" "Marsel"lə cavab oyununa çıxır

61636

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Bizim.Media-nın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Fransanın "Marsel" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-də başlayacaq. Matçın baş hakimi polşalı Bartoş Frankovski olacaq.

Marseldəki ilk oyunda rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam klubu mərhələni keçmək üçün ən azı 3 top fərqi ilə qalib gəlməlidir. Səfər qolu qaydası ləğv olunduğundan, iki matçın nəticəsinə əsasən qeydə alına biləcək mümkün heç-heçə qarşılaşmanın əlavə vaxta və ehtiyac yaranarsa, penaltilər seriyasınadək uzanmasına səbəb olacaq.

"Qarabağ"da Xayme Romero və Şahruddin Məhəmmədəliyev zədə səbəbindən meydana çıxa bilməyəcək. Qonaqların heyətində isə itki yoxdur.

"Marsel"lə oyun "köhlən atlar" üçün bir sıra yubileylərlə əlamətdar olacaq. Bu, Azərbaycan təmsilçilərinin Konfrans Liqasında 20-ci görüşü kimi tarixə düşəcək. "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir həmyerlilərinə qarşı matçda meydana çıxsa, bu, fransalı futbolçunun avrokuboklardakı 50-ci oyunu olacaq.

Həmçinin ağdamlılar bu qarşılaşmada fərqlənməklə, beynəlxalq arenada 150-ci qolunu vura bilər. Hazırda komandanın aktivində 149 qol var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO