Mahir Emreli

Mahir Emreli "Sevilya" ilə matçda oynamayacaq - Baş məşqçidən açıqlama

Hazırda oxunan: Mahir Emreli "Sevilya" ilə matçda oynamayacaq - Baş məşqçidən açıqlama

61557

Azərbaycan millisinin üzvü Mahir Emrelinin yeni klubu,"Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Jelko Kopiç gözlənilməz açıqlama verib.

Bİzim.Media xəbər verir ki, o, M.Emrelinin hazırda formada olmadığını deyib:

"Mahir uzun müddətdir məşq etmir, komandaya gec qoşulub. "Sevilya" ilə oyunda onun formada olmadığı göründü.

Hücumçunu yavaş-yavaş mümkün olan ən yaxşı vəziyyətə gətirəcəyik. İnanırıq ki, tezliklə bizə meydanda nə isə qazandırmağı bacaracaq".

Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Dinamo" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasındakı ilk görüşdə Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub.

Bİzim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO