Çempionlar Liqası: \

Çempionlar Liqası: \"Çelsi\" doğma meydanında qələbə qazandı

Hazırda oxunan: Çempionlar Liqası: \"Çelsi\" doğma meydanında qələbə qazandı

61405

Fevralın 23-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, turnirin son qalibi "Çelsi" İngiltərədə Fransanın "Lill" klubu ilə üz-üzə gəlib.

İspaniyalı FIFA referisi Xesus Hil Mansanonun "Stemford Bric" stadionunda idarə etdiyi görüş London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 8-ci dəqiqədə Kay Haverts və 63-cü dəqiqədə Kristian Pulişiç vurublar.

Gecənin digər oyununda İtaliyanın "Yuventus" klubu İspaniyada "Vilyarreal" komandasının qonağı olub. Matçın baş hakimi almaniyalı Daniel Zibert olub. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Görüşdə hesabı 32-ci saniyədə Turin klubunun hücumçusu Duşan Vlahoviç açıb. Lakin qonaqlar 66-cı dəqiqədə üstünlüyü əldən veriblər. Daniel Parexo bərabərlik qolunun müəllifi olub.

Komandalar arasında cavab oyunları martın 16-də gerçəkləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO