\

\"Qarabağ\" - \"Marsel\" matçına satılan biletlərin sayı açıqlandı

Hazırda oxunan: \"Qarabağ\" - \"Marsel\" matçına satılan biletlərin sayı açıqlandı

61124

UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ” – “Marsel” cavab oyununa böyük maraq var.

Ağdam klubunun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, satışa çıxarılan 15 minə yaxın biletdən 8 mini satılıb. Güman edilir ki, oyun gününə qədər bütün biletlər satılacaq və matçda anşlaq olacaq.

Həmçinin bildirilib ki, texniki problemlər səbəbindən dünən dayandırılan bilet satışı bu gündən bərpa olunub.

Xatırladaq ki, pandemiya ilə əlaqədar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarının yalnız 50 faizinə azarkeş buraxılır.

“Qarabağ” – “Marsel” oyunu fevralın 24-ü, saat 21:00-da başlanacaq. Bu komandaların ilk görüşündə Fransa təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO