\

\"Zirə\" \"Sabah\"ı məğlub etdi - Yenidən 3-cü pilləyə yüksəldi

Hazırda oxunan: \"Zirə\" \"Sabah\"ı məğlub etdi - Yenidən 3-cü pilləyə yüksəldi

0:00
0:00
61033

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün yeganə matçında "Zirə" "Sabah"ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qartallar"ın heyətində hər iki qolu Hamidu Keyta vurub.

Fransalı hücumçu 63-cü və əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə fərqlənib.

Bu nəticədən sonra xallarını 28-ə çatdıran "Zirə" yenidən 3-cü pilləyə yüksəlib. 20 xalı olan "Sabah" isə 5-ci sırada qalıb.

Qeyd edək ki, XVI turun əvvəlki matçlarında "Qəbələ" evdə "Səbail'i 2:0, "Neftçi" isə "Keşlə"ni 3:1 hesabı ilə yenib. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO