Azərbaycanlı yeniyetmə cüdoçu ermənini udaraq bürünc medal qazandı - FOTO

Azərbaycanlı yeniyetmə cüdoçu ermənini udaraq bürünc medal qazandı - FOTO

Hazırda oxunan: Azərbaycanlı yeniyetmə cüdoçu ermənini udaraq bürünc medal qazandı - FOTO

61027

İspaniyanın Fuenqirola şəhərində yeniyetmələr arasında keçirilən “Açıq Avropa” turnirinin birinci gününü idmançılarımız 4-ü qızıl olmaqla 8 medalla başa vurublar. 

Bizim.Media xəbər verir ki, yeniyetmə oğlanlar arasında -50 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Məhəmməd Məmişov bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medal qazanıb. 

Eyni çəki dərəcəsində mübarizə aparan digər idmançımız Xalid Məmmədov isə turniri bürünc medalla başa vurub. O, 3-cü yer üçün yarışda ermənini məğlub edib. Xalid Məmmədovun məşqçisi Elməddin Əhmədovdur.

Daha bir çempionumuz -55 kq. çəki dərəcəsində yarışan Məhəmməd Musayev də bütün rəqiblərini məğlubiyyətə uğradaraq qızıl medalı əldə edib. 

Həmin çəki dərəcəsində yarışan digər cüdoçumuz Xanəhməd Şərifov bürünc medal qazanıb.
-60 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Nizami İmranov və -66 kq. çəki dərəcəsində yarışan Nicat Nağıyev finalda rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Yeniyetmə qızlar arasında -44 kq. dərəcəsində mübarizə aparan idmançımız Xumar Qasımzadə bütün rəqiblərinə qalib gələrək finala yüksəlib və nəticədə gümüş medal qazanıb.

Həmçinin -52 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Fidan Qasımova təsəlliverici görüşdə rəqibinə qalib gələrək bürünc medalla təltif edilib. 

Ümumilikdə yenieytmələrdən ibarət komandamız 4-ü qızıl olmaqla 8 medal əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO