Azərbaycan Premyer Liqası: Rəşad Sadıqovun komandası \

Azərbaycan Premyer Liqası: Rəşad Sadıqovun komandası \"Sabah\"ı qəbul edəcək

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: Rəşad Sadıqovun komandası \"Sabah\"ı qəbul edəcək

60970

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, "Zirə" "Sabah"ı qəbul edəcək.

Hazırda Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv 25 xalla 4-cü pillədədir. Mudar Musayevin rəhbərlik etdiyi komanda isə 20 xalla 5-ci yerdə gedir.

"Zirə" qələbə qazanacağı təqdirdə, yenidən 3-cü pilləyə yüksələcək. "Sabah" isə aradakı fərqi azaltmaq üçün mütləq qalib gəlməlidir.

Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəliblər. Əvvəlki 12 görüşün 3-də "qartallar", 5-də isə "Sabah" meydanı 3 xalla tərk edib.

Qonaqlar son 4 matçda qələbə qazanıb. Bu oyunlarda hər iki komanda qol vurub.

Qeyd edək ki, XVI turun əvvəlki matçlarında "Qəbələ" evdə "Səbail'i 2:0, "Neftçi" isə "Keşlə"ni 3:1 hesabı ilə yenib. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO