Ronaldo “Bavariya”ya keçə bilər - Danışıqlar başladı

Ronaldo “Bavariya”ya keçə bilər - Danışıqlar başladı

Hazırda oxunan: Ronaldo “Bavariya”ya keçə bilər - Danışıqlar başladı

60963

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.

Bildirilib ki, "Bavariya" "Mançester Yunayted"dən ayrılacağı iddia edilən 37 yaşlı oyunçunun ətrafındakı vəziyyəti diqqətlə izləyir.

Münhen təmsilçisi artıq agent Xorxe Mendes vasitəsi ilə Ronaldo ilə əlaqə saxlayıb və futbolçu ilə əməkdaşlıq etmək istədiklərini açıqlayıb.

Qeyd edək ki, Kriştianonun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin iyununa qədərdir.

Hücumçu bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 15 qol vurub və 3 qolun ötürməsini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO