Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin ikinci kurs tələbəsi İlkin Qənbərli Qazaxıstanın paytaxtı Nur-Sultanda "WORLD GAMES 2022" çempionatının qalibi olub.
BDU-dan Bizim.Media-ya verilən məlumata görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində güləşən İ.Qənbərli fransalı rəqibinə 4:3 hesabi ilə qalib gələrək, 1/16 mərhələyə adını yazdırıb.
Təmsilçimiz həmin mərhələdə amerikalı rəqibinə 1:2 hesabı ilə qalib gəlib. 1/8 finalda İ.Qənbərli braziliyalı rəqibini 8:0 hesabı ilə məğlub edərək, 1/4 finala keçib.
O, 1/4 finalda Çin güləşçisinə 7:0 hesabı ilə qalib gǝlib. Təsnifat mərhələsində 3 qat dünya çempionu olan yaponiyalı rəqibini 8:3 hesabı ilə məğlub edən İ.Qənbərli yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Final görüşündə tələbəmiz erməni güləşçisi Varşam Boranyanı 11:0 hesabı ilə məğlub edərək, yarışın qalibi olub.
Qeyd edək ki, bu, İ.Qənbərlinin erməni idmançı üzərində ilk qələbəsi deyil. O, ötən ilin 13-15 fevral tarixlərində Fransanın paytaxtı Parisdə yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq turnirin də qalibi olub.
O, həmin yarışda erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edib. İ.Qənbərli həmçinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:06 / 19.02.2022
Azərbaycanlı tələbə erməninin dərsini verdi - 11:0 hesablı QƏLƏBƏ / FOTO
Hazırda oxunan: Azərbaycanlı tələbə erməninin dərsini verdi - 11:0 hesablı QƏLƏBƏ / FOTO
Hazırda oxunan: Azərbaycanlı tələbə erməninin dərsini verdi - 11:0 hesablı QƏLƏBƏ / FOTO
60953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.