Oyunun yarısını

Oyunun yarısını "Barselona"nın loqosu olmayan forma ilə keçirdi

Hazırda oxunan: Oyunun yarısını "Barselona"nın loqosu olmayan forma ilə keçirdi

0:00
0:00
60782

"Barselona"nın futbolçusu Ferran Torres Avropa Liqasının pley-off mərhələsində "Napoli" ilə ilk matçın ikinci yarısını klubun loqosu olmayan forma ilə keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Riçard Bukston öz sosial şəbəkə hesablarında məlumat yayıb.

O, Torresin "Napoli" ilə matçda vurduğu qoldan sonra çəkilmiş fotosunu paylaşıb. Şəkildə Torresin formasında "Barselona"nın və klubun texniki sponsoru "Nike" şirkətinin loqosunun olmadığı görünür. 
Qeyd edək ki, sözügedən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Kataloniya klubunun yeganə qolunu F.Torres 59-cu dəqiqədə penaltini dəqiq yerinə yetirməklə vurub. Komandalar arasında cavab oyunu isə fevralın 24-ü İtaliyada olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO