"Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılar sırasında - VİDEO 

Hazırda oxunan: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılar sırasında - VİDEO 

60772

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarında ən yaxşı qapıçı qurtarışları açıqlanıb. 

Bizim.Media yarışın rəsmi “Tvitter” hesabına istinadən xəbər verir ki, "5-lik"də "Qarabağ"ın qolkiperi Luka Quqeşaşvilinin "seyv"i də yer alıb. 

Gürcüstanlı oyunçu Fransada "Marsel"lə görüşdə Pap Quyenin zərbəsini dəf edib. Siyahıya "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin zərbəsindən sonra komandasını qoldan xilas edən Stiv Mandandanın qurtarışı da düşüb. 

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə 1:3 hesabı ilə uduzub. Komandalar arasındakı cavab qarşılaşması fevralın 24-də Bakıda olacaq. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO