Xəsarət alan azarkeşin atası:  “Qaraba𔝠canımızdır!

Xəsarət alan azarkeşin atası: “Qaraba𔝠canımızdır!

Hazırda oxunan: Xəsarət alan azarkeşin atası: “Qaraba𔝠canımızdır!

60686
Ötən gün Bakıda keçirilən "Qarabağ" - "Dnepr" oyunu zamanı xəsarət alan gəncin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verilib.

ANS PRESS-in məlumatına görə, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində xəsarət alan Samir Miriyev adlı gəncə baş çəkib. 

N.İbrahimov hadisədən sonra təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılan gəncin səhhəti ilə maraqlandığını bildirib: “Xəstəxanadayam. Allaha çox şükür ki, azarkeşimizin həyati təhlükəsi yoxdur. Samirin atasının ““Qaraba𔝠canımızdır” deməsi tüklərimi biz-biz etdir.”

Bundan başqa, klubun mətbuat katibi yaralı gəncin bu gün əməliyyat olunacağını da qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO